Paşinyanın "sağ əli" fərari çıxdı

Paşinyanın  "sağ əli"  fərari çıxdı
  09 Oktyabr 2021    Oxunub:2156
Ermənistan mediası İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan haqqında maraqlı fakt aşkarlayıb. Azvision.az xəbər verir ki, saytlar Kərəmyanın komandiri olmuş siyasətçilərdən birini taparaq danışdırıblar.
Məlum olub ki, hazırda mühüm vəzifədə çalışan Arqişti normal hərbi xidmət keçməyib

- İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan dünən baş nazir Nikol Paşinyanı rəhbərlik etdiyi strukturun fəaliyyəti ilə tanış etdi. Kərəmyan xüsusi olaraq qeyd edib ki, hazırda aidiyyəti şəxslər və qruplardan ibarət müvafiq bölmə müharibə dövründə hərbi xidmətə bağlı cinayət işlərini araşdırır. Penitensiar xidmət isə 44 günlük döyüşlər zamanı baş verən proseslərin ictimaiyyətə tam şəkildə açıqlanması üçün hərtərəfli və obyektiv araşdırma apara bilər.

Ermənistan İstintaq Komitəsinin sədri "medalları" ilə gündəm oldu
Ehtiyatda olan polkovnik -leytenant, "Vətən" partiyasının fəal üzvü Razmik Qorqiyan bununla bağlı fikirlərini bölüşərək deyib- “Oğru oğrudan oğurladı, Allah isə bunu görərək təəccübləndi... Düz on il əvvəl tabeliyimdə olan əsgərim, kiçik çavuş Arqişti necəsə məhkəmədən yayına bildi. O bunu İrəvandakı hərbi hissədən sərhəddə olan hərbi hissəslərdən birinə köçərək canını qurtarmaqla bacardı. Çünki hərbi hissədə itaətsizlik və nizamsızlıq edirdi. Belə bir əsgər bu gün çiynində polkovnik rütbəsi daşıyaraq müharibə zamanı hərbi xidmət qaydalarına qarşı cinayətləri araşdırır?"-yerli media yazıb.

Qeyd edək ki, dünən baş nazir Nikol Paşinyanla görüşən İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan müəmmalı medalları və rəsmi geyiminə olan hörmətsiz yanaşması ilə diqqət çəkib.

Xatırladaq ki, 30 yaşlı A. Kərəmyan 2020-ci ilin iyunundan oktyabrına qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra MTX rəhbərinin Şuşa döyüşləri başlayan kimi şəhərdən inkassator maşını ilə qaçması üzə çıxmışdı. Kərəmyan işini itirdikdən sonra 2020-ci il dekabrın 24-də Ermənistan İstintaq Komitəsi sədrinin müavini təyin edilmişdi. Bu ilin iyul ayında isə Paşinyan qalmaqallı məmuru komitəyə rəhbər təyin etdi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Məhkəmə  





Xəbər lenti