Hindistanın XİN rəhbəri Ermənistana səfər edəcək

Hindistanın XİN rəhbəri Ermənistana səfər edəcək
  09 Oktyabr 2021    Oxunub:744
Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar oktyabrın 12-13-də Ermənistana rəsmi səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayılıb.

"Bu, Hindistan xarici işlər nazirinin müstəqil Ermənistana ilk səfəri olacaq", - açıqlamada deyilir.

Qeyd olunub ki, Caişankar Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlament sədri Alen Simonyanla görüşlər keçirəcək. O, Ermənistana səfərindən əvvəl Qırğızıstanda (10-11 oktyabr) və Qazaxıstanda (11-12 oktyabr) səfərdə olacaq.

"Bu səfərlər üç ölkə ilə ikitərəfli əlaqələrimizdə hansı irəliləyişin əldə edildiyini anlamağa, eyni zamanda bölgədəki hadisələrlə bağlı fikir mübadiləsi aparmağa imkan verəcək", - XİN-in məlumatında vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Hindistan   Ermənistan  





Xəbər lenti