Çavuşoğlu ABŞ-ı yanlış siyasətindən əl çəkməyə çağırıb

   Çavuşoğlu ABŞ-ı yanlış siyasətindən əl çəkməyə çağırıb
  09 Oktyabr 2021    Oxunub:721
"ABŞ Türkiyəni günahlandırmaq əvəzinə, öz yanlış siyasətindən əl çəksin".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin Suriya məsələsi ilə bağlı Konqresə ünvanladığı məktubu şərh edərkən deyib.

O bildirib ki, ABŞ rəhbərliyi Konqresə məktub ünvanlayarkən və ya xalqa məlumat verərkən həqiqətləri demir.

Qeyd edək ki, prezident Baydenin Konqresə məktubunda Türkiyənin Suriyada mövcudluğunun, ölkənin şimalında keçirdiyi əməliyyatların ABŞ-ın təhlükəsizliyinə təhdid törətdiyi qeyd olunub. C.Bayden ABŞ qoşunlarının Suriyada qalma müddətinin bir il uzadılmasını təklif edib.

Azvision.az



Teqlər: Türkiyə   ABŞ  





Xəbər lenti