İranda koronavirusdan daha 173 nəfər ölüb

İranda koronavirusdan daha 173 nəfər ölüb
  09 Oktyabr 2021    Oxunub:476
İranda son sutka ərzində 7 654 nəfər koronavirusa yoluxub, 173 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Ümumilikdə ölkədə virusa yoluxanların sayı 5 691 634 nəfər, ölənlərin sayı isə 122 370 nəfər təşkil edir. Virus daşıyıcılarından 5 368 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək 5 201 515 nəfər koronavirusdan sağalıb, 33,1 milyondan çox diaqnoz testi həyata keçirilib. İranda təxminən 62,9 milyon vaksin vurulub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   COVİD  





Xəbər lenti