Ermənistanda cərimələr artırıldı: Təhqirə görə 6 min dollar
Xatırladaq ki, Mülki Məcəlləyə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun layihəsi Ermənistan parlamentinin hazırkı spikeri Alen Simonyan tərəfindən irəli sürülmüşdü. Dəyişikliklər təhqir üçün cərimənin məbləğinin 1 milyon dramdan (təxminən 2 min dollar-red) 3 milyona (təxminən 6 min dollar-red) artırılmasını nəzərdə tutur. Böhtanla bağlı cəza isə əvvəlki 2 milyon əvəzinə 6 milyon dram təşkil edəcək.
Tural Tağıyev
Azvision.az
Teqlər: Cərimə Ermənistan