Şəhid gizir Cəmil Həşimlinin anım mərasimi keçirilib

Şəhid gizir Cəmil Həşimlinin anım mərasimi keçirilib
  09 Oktyabr 2021    Oxunub:687
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Vətən müharibəsi zamanı şəhid olan gizir Cəmil Həşimlinin xatirəsinə həsr edilmiş növbəti anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, anım mərasimində şəhidin ailəsi, dostları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himnimiz səsləndirilib.



Tədbirdə çıxış edənlər şəhidin həyatından, vətənpərvərliyindən, keçdiyi döyüş yolundan və göstərdiyi şücaət nümunələrindən danışıblar.

Şəhidin anası Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonda şəhidin həyat yoluna dair videoçarx nümayiş olunub və vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

Azvision.az



Teqlər: Şəhid   Müdafiə-Nazirliyi  





Xəbər lenti