Müsabiqə qalibi olan gənclər mükafatlandırılıb

Müsabiqə qalibi olan gənclər mükafatlandırılıb
  09 Oktyabr 2021    Oxunub:714
Oktyabrın 9-da “İdeya var” gənclərin III ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində qalib gəlmiş layihələrin nümayiş etdirildiyi sərgi açılıb və mükafatlandırılma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Bakı İdman Sarayında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

“Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri”, “Sosial sahə və təhsil” mövzuları üzrə təşkil edilən müsabiqə layihələrinin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılıb.

Qalib layihələrlə tanış olan Fərid Qayıbov gənclər arasında təşkil edilən bu müsabiqənin növbəti illərdə daha geniş miqyasda keçirilməsi ilə bağlı tövsiyələrini verib.

Azvision.az



Teqlər:





Xəbər lenti