Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək
  10 Oktyabr 2021    Oxunub:561
Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti