Gürcüstanda daha 25 nəfər koronavirusdan ölüb

Gürcüstanda daha 25 nəfər koronavirusdan ölüb
  10 Oktyabr 2021    Oxunub:938
Gürcüstanda son sutkada koronavirusa 2 490 yeni yoluxma faktı qeydə alınıb, 25 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 634 053 nəfər yoluxub. Onların 600 524-ü sağalıb, 9 246-sı dünyasını dəyişib.

Bu günə olan aktiv xəstə sayı 24 257 nəfər təşkil edir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti