Tatarıstanda təyyarə faciəsi: 16 nəfər öldü - YENİLƏNİB (VİDEO)
Qeyd olunub ki, təyyarədə 2 pilot, 20 paraşütçü olub. Qəza nəticəsində ağır xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
***
Tatarıstanın Menzelinsk şəhərində “L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub. Təyyarə aerodromdan havaya qalxan kimi, güman ki, normadan artıq yüklənmə səbəbindən yerə çırpılıb. Bu zaman onun füzelyajı iki yerə parçalanıb.
Təyyrənin burun hissəsi tamamilə darmadağın olduğu halda, quyruq hissəsinə demək olar ki, xətər toxunmayıb.
Menzelinsk aeroklubuna məxsus təyyarədəki sərnişinlərin çoxu paraşütçülər olublar.
K-410 "Turbolyot" (Let L-410) – Çexiyada istehsal olunmuş ikimühərrikli yüngül təyyarədir. O, 1987-ci ildən, SSRİ vaxtından işlədilirdi. 19 nəfərə hesablanmış təyyarənin bortunda 23 nəfər olub.
Samir
Azvision.az
Teqlər: Qəza Tatarıstan