Prezident: "Hadrut əməliyyatı ilə gücümüzü Ermənistana və dünyaya göstərdik"

      Prezident:    "Hadrut əməliyyatı ilə gücümüzü Ermənistana və dünyaya göstərdik"
  10 Oktyabr 2021    Oxunub:1131
Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər.
"Oğlum "Yaşma" ilə qarşılaşandan sonra ondan xəbər ala bilmədik" - Erməni əsgər anası
Azvision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib.

Prezident deyib ki, hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.

Azvision.az



Teqlər: Hadrut   Prezident   Əməliyyat  





Xəbər lenti