"Dünya Ermənistanın körpə qatili olduğunu gördü”- Fulya Öztürk

"Dünya Ermənistanın körpə qatili olduğunu gördü”-   Fulya Öztürk
  10 Oktyabr 2021    Oxunub:1225
“Fulya” sənədli filmi çox təsirlidir. Təqdimatda tamaşaçıların hamısının gözləri yaşlıydı. Ekran əsərini təsirsiz izləmək mümkünsüzdür. Film göstəriləndə heç kəs yerindən qalxmadı.
Azvision.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Fulya” sənədli filminin baş qəhrəmanı, tanınmış türkiyəli telejurnalist Fulya Öztürk ifadə edib.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib: “Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib.

Azvision.az



Teqlər: Ermənistan   Gəncə   Sənədli-Film  





Xəbər lenti