Azərbaycan XİN Rusiyaya başsağlığı verib
"Tatarıstan Respublikasında paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Tatarstan Respublikasının Menzelinsk şəhərində "L-410" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 20-si paraşütçü olmaqla 22 nəfər olub. Qəza nəticəsində yalnız 6 nəfər sağ qalıb.
Azvision.az
Teqlər: XİN Başsağlığı Rusiya