Tatarıstanda matəm elan olundu

Tatarıstanda matəm elan olundu
  10 Oktyabr 2021    Oxunub:699
Tatarıstanda oktyabrın 11-də matəm günü elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə respublika rəhbərinin mətbuat katibi Liliya Qalimova bildirib.

Onun sözlərinə görə, prezident Rüstəm Minnixanov Menzelinskdə yaradılan qərargahın iclasında Tatarıstanda 11 oktyabrın matəm günü elan edilməsi haqqında qərar qəbul edib.

Xatırladaq ki, bu gün Tatarıstanda "L-410" təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Hadisəyə kiçikhəcmli təyyarənin həddindən artıq yüklənməsinin səbəb olduğu bildirilir.

Azvision.az



Teqlər: Tatarıstan   Matəm-günü  





Xəbər lenti