Putin gələn həftə Paşinyanla görüşəcək

   Putin gələn həftə Paşinyanla görüşəcək
  10 Oktyabr 2021    Oxunub:1110
Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, oktybarın 12-də Putinin Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatları ilə görüşü planlaşdırılır. Rusiya liderinin həmin gün Paşinyanla yeni görüşü də baş tutacaq.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin VIII çağırış Dövlət Dumasının deputatları ilə oktyabrın 12-də Kremldə görüşəcəyini təsdiqləyib.

Xatırladaq ki, Paşinyanın Putinlə son görüşü bu il iyulun 7-də, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra keçirilib.

Azvision.az



Teqlər: Vladimir-Putin   Nikol-Paşinyan  





Xəbər lenti