İraqda seçki məntəqəsi atəşə tutulub

İraqda seçki məntəqəsi atəşə tutulub
  10 Oktyabr 2021    Oxunub:632
İraqın Diyala vilayətinin Əl-Sədiyyə bölgəsindəki seçki məntəqəsi atəşə tutulub.
Azvision.az xəbər verir ki, avtomobildən açılan atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Cavab atəşindən sonra cinayətkarlar hadisə yerini tərk ediblər. Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb.


Azvision.az


Teqlər: İraq  





Xəbər lenti