Tiflisdə Saakaşvili tərəfdarlarının aksiyası olub

 Tiflisdə Saakaşvili tərəfdarlarının aksiyası olub
  10 Oktyabr 2021    Oxunub:568
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tiflisdəki parlament binasının qarşısına toplaşıblar.
Azvision.az xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət Partiyasının lideri Tako Çarkviani təşkil edib.

Etirazçıların əllərində Gürcüstanın milli bayraqları və Saakaşvilinin portretləri var.

Siyasətçinin azad edilməsini tələbi ilə daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tiflisin mərkəzində keçirilməsi planlaşdırılır.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o indi Rustavi şəhərindəki həbsxanadadır.

Azvision.az



Teqlər: Saakaşvili   Aksiya  





Xəbər lenti