İŞİD-lə mübarizədə ABŞ-a ehtiyac duymuruq - Taliban sözçüsü
“Əfqanıstanın müxtəlif bölgələrində İŞİD-i məhv etmək üçün əməliyyatlar davam edir. İŞİD yaraqlılarının bir çoxu məğlub edilib, sığınacaq üçün vacib yerlər tapılıb və biz onları axtarırıq", - “Taliban” rəsmisi bildirib.
Mücahid qeyd edib ki, İŞİD Əfqanıstan üçün təhlükə yaratmır və “Taliban” bu qruplaşma ilə müstəqil mübarizə apara bilir. "İslam Əmirliyi (Taliban-red) İŞİD-lə mübarizədə ABŞ-ın köməyinə ehtiyac duymur”, - o qeyd edib.
Azvision.az