Saakaşvilinin halı pisləşib

   Saakaşvilinin halı pisləşib
  10 Oktyabr 2021    Oxunub:754
Gürcüstanın Rustavi şəhərindəki həbsxanada saxlanılan ölkənin keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti pisləşib.
Azvision.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze həbsxanada ona baş çəkəndən sonra bildirib.

Həkim deyib ki, M.Saakaşvilidə talassemiya xəstəliyi var: “Bu qan xəstəliyi olan zaman heç bir aclıq olmamalıdır... Mişa ağır yeriyir, danışmaqda çətinlik çəkir, durumundan narahatlıq keçirir”.

M.Saakaşvili artıq 10-cu gündür aclıq aksiyası keçirir.

Qeyd edək ki, siyasətçi oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.

Azvision.az



Teqlər: Saakaşvili   Həbsxana  





Xəbər lenti