Taliban Rusiyaya uçuşları bərpa etməyi planlaşdırır

Taliban Rusiyaya uçuşları bərpa etməyi planlaşdırır
  11 Oktyabr 2021    Oxunub:1772
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı yaxın vaxtlarda Rusiyaya birbaşa uçuşları bərpa etməyi planlaşdırır.
Azvision.az xəbər verir ki, bunu hərəkatın nümayəndəsi, Əfqanıstandakı müvəqqəti hökumətin mədəniyyət nazirinin müavini Zabihulla Mücahid deyib.

"Rusiya da daxil olmaqla, Kabil hava limanından beynəlxalq uçuşları bərpa etməyi planlaşdırırıq", - o söyləyib.

Rusiya ilə Əfqanıstan arasında hava əlaqəsi “Taliban”ın 15 avqustda Kabilə daxil olmasından və prezident Əşrəf Qaninin respublikanı tərk etməsindən sonra dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Rusiya  





Xəbər lenti