"General və polkovniklərimizin əksəriyyətinin döyüş qabiliyyəti yox idi"- İoannisya

   "General və polkovniklərimizin əksəriyyətinin döyüş qabiliyyəti yox idi"-   İoannisya
  11 Oktyabr 2021    Oxunub:1434
Tanınmış erməni ictimai fəal, "Məlumatlı Vətəndaşlar Birliyinin" sədri Daniel İoannisyan Vətən müharibəsi zamanı Azərbaycanın Hadrutu işğaldan azad etməsindən danışıb. Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən erməni fəal generalların heç bir işə yaramamasından gileylənib.
- Hadrut keçən ilin bu günlərində gözümün önündə əldən çıxdı. Buranı "Bayraktar", zirehli texnika, helikopter falansız götürdülər... Bəli, bəli Hadrut hadisələri belə oldu! Hadruta qəsəbədə olan qoşunlarımızdan xeyli az sayda azərbaycanlı daxil olmuşdu. Bu barədə məlumatların araşdırılmasında şəxsən mən də iştirak etmişəm. Düşünürəm ki, Hadrut, bəzi ordu məmurlarının və Baş Qərargahın mütləq səriştəsizliyi nəticəsində tutuldu. General və polkovniklərin əksəriyyətinin döyüş qabiliyyəti yox idi. Yerli komandirlər isə şəhərin müdafiəsini təşkil edə bilmədi.

"Daha Hadrutu tutmaq mümkün deyil"- Erməni polkovnik
Üstəlik, Baş Qərargah Nikol Paşinyanı aldadaraq Hadrutun əldən çıxması faktını təkzib etdi. Hətta Baş Qərargah ölkə rəhbərini o dərəcədə aldatmışdı ki, Paşinyanın özü və komandası Arayik Arutyunyanın Hadrutun götürülməsi ilə bağlı sözlərinə də inanmadı-,İoannisyan deyib.

Erməni fəal onu da vurğulayıb ki, Nikol Paşinyan əvvəldən də yanlış insanlara güvənməsi ilə tanınırdı.

- Ən azından Vanetsyanı xatırlayın. David Tonoyana, Onik Qasparyana və ümumilikə ordu rəhbərliyinə güvənmək bizə baha başa gəldi. Hər şeyi türklərin müharibədə mistik "iştirakına" və "Bayraktar"ların boynuna atmaq asandır. Komandanlığımızın əksəriyyəti savadsızdır və düşmənlə necə mübarizə aparmağı bilmirdilər.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Hadrut   Paşinyan   Müharibə  





Xəbər lenti