Nazir qızların təhsil problemindən danışdı

 Nazir qızların təhsil problemindən danışdı
  11 Oktyabr 2021    Oxunub:1711
"Bu gün Azərbaycanda 90 faizdən çox qız uşağı təhsil ala bilir. Burada heç bir hüquqi maneə yoxdur. Bununla belə müəyyən hallarda qızların təhsildən yayındırılması qeydə alınır və bu bizi narahat edir. Məktəbə getməyən qız gələcəkdə ailə quraraq ana olacaq, övladına tərbiyə verəcək. Nəticədə həmin qadının öz övladının təhsili ilə məşğul olmasında çətinlik yaranacaq".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Nazir təhsilsiz qalan qızların problemlərinin cəmiyyətdə gizlədilməsinin tərəfdarı olmadığını vurğulayıb:

" Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa, bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər. Bu gün ixtisasların qız və oğlanlar arasında paylanmasında da müəyyən uyğunsuzluqlar var. Ənənəvi olaraq "kişilərə aid edilən ixtisaslarda" hələ də qızların sayı aşağı səviyyədədir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edə bilək. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti