Emin Əmrullayev "Qızların təhsili zəifləyir"

    Emin Əmrullayev  "Qızların təhsili zəifləyir"
  11 Oktyabr 2021    Oxunub :631
"Hal-hazırda təhsil sistemində çalışanların əksəriyyəti qadınlardır. Bunun özünəməxsus problemləri, müsbət və mənfi cəhətləri var. 120 il əvvəl qızın təhsilə cəlb edilməsindən danışırdıqsa, indi təhsildə qadınların daha çox çalışmasını problem kimi qeyd edirik və kişilərin cəlb edilməsinə çalışırıq".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. 
Nazirin sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir:

"Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələ ilə əlaqəli deyil. Onların əhatə olunduqları insanlarla münasibətdə hansı formada ünsiyyətə məruz qaldıqlarını daha çox diqqətə almalıyıq".

Aytən Zəhra

Azvision.az

Teqlər: Təhsil  







Xəbər lenti