Azvision.az xarici KİV- lərə istinadən xəbər verir ki, ÜST-ün təmsilçisi bu kontekstdə koronavirus pandemiyasının tezliklə sona çatacağına və bəşəriyyətin normal həyat tərzinə qayıdacağına inandığını deyib. Lakin buna daha tez çatmaq naminə Sumya Svaminatan əhalini virusun mutasiyasından qorunmaq üçün peyvəndlənmə prosesini sürətləndirməyə çağırıb.
ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox insan koronavirus infeksiyasına yoluxub. Onlardan 4,8 milyonunun həyatını xilas etmək mümkün olmayıb.
Azvision.az