"Azərbaycan İrana sərt mesaj göndərir"- Maykl Doran

   "Azərbaycan İrana sərt mesaj göndərir"-   Maykl Doran
  11 Oktyabr 2021    Oxunub:1648
ABŞ-ın eks-prezidenti Corc Buşun hakimiyyəti dövründə Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran sosial şəbəkələrdə Azərbaycan ordusu ilə bağlı paylaşım edib. Azvision.az xəbər verir ki, Maykl Doran “Tvitter”də Azərbaycanın İrana tutarlı siyasi mesaj göndərməsini öyüb.
- Azərbaycan İrana sərt mesaj göndərir. Azərbaycanın İrandakı səfirliyi ötən il Ermənistanla aparılan müharibənin ildönümünü qeyd edərək, İsrailin "Tavor" silahını daşıyan bir azərbaycanlı əsgərin şəklini paylaşıb.

Pentaqonun sabiq rəsmisi İlham Əliyevi Bayden komandasına nümunə göstərdi
Xatırladaq ki, bir müddət öncə Doran Prezident İlham Əliyevin Cəbrayıla səfəri çərçivəsində İsrail istehsalı “Harop” pilotsuz uçuş aparatı ilə olan fotosuna da münasibət bildirmişdi. O bu addımı İrana düzgün cavab kimi qiymətləndirərək “Burada Baydenin komandası üçün dərs var” yazmışdı.



Tural Tağıyev

Azvision.az



Teqlər:   Tvitter   ABŞ   İran  





Xəbər lenti