Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək

   Putin və Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edəcək
  11 Oktyabr 2021    Oxunub:1097
Oktyabrın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, danışıqlarda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr (10 noyabr - red.) 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsi, eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır.

Tərəflər, eyni zamanda Avrasiya məkanında ikitərəfli əlaqələrin və inteqrasiya birliklərində qarşılıqlı əlaqələrin inkişafının aktual məsələləri müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti