Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb

 Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
  11 Oktyabr 2021    Oxunub:1266
Oktyabrın 11-də Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Azvision.az - a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azvision.az



Teqlər: Azərbaycan   Türkiyə  





Xəbər lenti