Yeni bank fırıldaqçılığı Ermənistana da çatdı

   Yeni bank fırıldaqçılığı Ermənistana da çatdı
  11 Oktyabr 2021    Oxunub:562
Ermənistanın kibertəhlükəsizlik üzrə mütəxəssisi Samvel Martirosyan vətəndaşlara xəbərdarlıq edib. Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən ekspert son vaxtlar qarşılaşdıqları yeni fırıldaqçılıq üsulundan danışıb.
Martirosyanın sözlərinə görə, vətəndaşlara zəng edən fırıldaqçılar onlardan müxtəlif bəhanələrlə bank kartı məlumatlarını alırlar. Onlar özlərini bank işçiləri kimi təqdim edirlər. Mütəxəssis heç bir şəkildə bu cür zənglərə məlumat verməməyi məsləhət görüb.

- Əlbəttə mümkündür ki, vətəndaşlara bankdan real şəxs zəg etsin. Ancaq bu halda özünüzü qoruya bilərsiniz ki, danışğı dayandırıb banka zəng edəsiniz və oradan sizi axtarmaları barədə məlumat alasınız.

Xatırladaq ki, oxşar hallar son vaxtlar Azərbaycanda da geniş yayılıb. Fırıldaqçılar bank müştərilərinin kartlarından pul oğurlaya bilmələri üçün vətəndaşlara zəng edərək onlardan məlumatlar əldə etməyə çalışırlar. Bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi də vətəndaşlara xəbərdarlıq edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Bank   Fırıldaq   Ermənistan  





Xəbər lenti