Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 qurum nəzarət edəcək

   Azərbaycan Biznesinin İnkişafı Fonduna 5 qurum nəzarət edəcək
  11 Oktyabr 2021    Oxunub:706
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılmış Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti 9 üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək.
Azvision.az xəbər verir ki, Şuranın 5 üzvünü Nazirlik, 4 üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edəcəklər.

- Mərkəzi Bank;

- Maliyyə Nazirliyi;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

- Dövlət Turizm Agentliyi;

Müşahidə Şurasının sədri iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Fondun fəaliyyətinə cari rəhbərliyi isə 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir. Onları da iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

Azvision.az



Teqlər:





Xəbər lenti