Lənkəranda narkotiklərin dövriyyəsi ilə məşğul olan dəstə saxlanıldı

Lənkəranda narkotiklərin dövriyyəsi ilə məşğul olan dəstə saxlanıldı
  12 Oktyabr 2021    Oxunub:989
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər rayon sakini saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri - E. Nəsirov, C. Rzazadə, F. Hadıyev, X. Qubadov, C. Nəcəfov, Ş. Hüseynov, Ə. Əliyev, R. Musayev, İ. Həsənov, R. Bağırov, X. Qasımov, Ş. Əzimov və qardaşı F. Əzimov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Azvision.az


Teqlər: Narkotik   DİN  





Xəbər lenti