Lerik-Kəlvəz yolunda hərəkət bərpa olundu - FOTO+YENİLƏNİB

Lerik-Kəlvəz yolunda hərəkət bərpa olundu -  FOTO+YENİLƏNİB
  12 Oktyabr 2021    Oxunub:1590
Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir.



Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Nəticədə, qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.



***
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu baş verib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

Azvision.az


Teqlər: Qaruçqunu  





Xəbər lenti