Bu il yol qəzalarında 93 piyada ölüb

   Bu il yol qəzalarında 93 piyada ölüb
  12 Oktyabr 2021    Oxunub:707
Bu il Bakı şəhərində yol-nəqliyyat hadisələrində ölən piyadaların sayı açıqlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Azvision.az -a bildirib ki, 2021-ci ilin 9 ayı üzrə paytaxt ərazisində ümumi hadisələrin 57,1 faizi məhz piyada vurma hallarıdır.
O bildirib ki, paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır: “Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib”.

Azvision.az


Teqlər: Piyada  





Xəbər lenti