Qarabağda 13 avtomat hidroloji stansiya tikiləcək

 Qarabağda 13 avtomat hidroloji stansiya tikiləcək
  12 Oktyabr 2021    Oxunub:737
"Azərbaycanın azad edilmiş ərazilərində bu ilin sonunadək 13 avtomat hidroloji stansiya tikiləcək. Bu sahədə Azərbaycanın su ehtiyatlarının mühafizəsinin təmin olunması prioritet məsələdir".
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Azərbaycanda su infrastukturunun dayanıqlı inkişafı" adlı Azərbaycan-Almaniya forumunda deyib.

O, su ehtiyatlarının dayanıqlığının təmin olunması üçün istifadə planı hazırlandığını qeyd edib:

"Eyni zamanda, müvafiq plan və strategiyalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Azad edilmiş ərazilərdə zəngin su ehtiyatları mövcuddur. Keçirilmiş monitorinq nəticəsində azad edilmiş ərazilərdə su ehtiyatlarının çirkləndirilməsi faktları aşkar edilib".

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti