"Moskva Tehrana mesaj verdi - Neyjmakov

   "Moskva Tehrana mesaj verdi -    Neyjmakov
  12 Oktyabr 2021    Oxunub:1823
"Rusiya və İranın xarici işlər nazirlərinin Moskvada keçirdikləri görüşdə Bakı ilə Tehran arasındakı münasibətlərə də toxunulub. Danışıqların yekunu ilə bağlı açıqlamasında İranın baş diplomatı Hüseyn Əmir Abdullahian Tehranın bölgədəki vəziyyətlə bağlı "narahatlığının" müzakirə edildiyini birbaşa bildirdi".
Bu sözləri Azvision.az - a Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib. Onun sözlərinə görə, məsələnin başqa tərəfi Lavrov-Abdullahian danışıqlarında Azərbaycan-İran münasibətlərinə ilk növbədə "3+3" formatında, eləcə də Xəzərdəki vəziyyətin müzakirəsi kontekstində toxunulmasıdır:
- Güman ki, Rusiya nümayəndələri mübahisəli məsələləri müzakirə etmək üçün vasitəçi kimi Moskvanın imkanlarını səliqəli şəkildə xatırladıblar. Amma İran XİN rəhbərinin həm Ermənistana, həm də Azərbaycana səfərə hazır olması ilə bağlı son açıqlaması Tehranın Bakı ilə vasitəçilər olmadan dialoq qurmaq niyyətindən xəbər verə bilər.

Neyjmakov qeyd edib ki, Moskva Tehranla davamlı qarşılıqlı əməkdaşlıqda işləməyə hazırdır: "Ümumiyyətlə, ABŞ və Avropa siyasətçilərinin İranın nüvə proqramı ilə bağlı danışıqların perspektivlərini müzakirə etmələrinin fonunda Tehranla birlikdə davamlı əməkdaşlığa hazır olduğunu vurğulamaq Moskva üçün vacib idi. Prezident Cozef Baydenin öz açıqlamalarında, məsələn, BMT Baş Assambleyasının sessiyasındakı çıxışında bu mövzunu qaldırdığını xatırlayırıq”.

Balifa Baxşiyeva
Pərvanə Sltanova

Azvision.az


Teqlər: Rusiya   Azərbaycan   İran  





Xəbər lenti