ABŞ və İsrail İranı vura bilərlər – Dimitri Solonnikovun yazısı (Eksklüziv)

   ABŞ və İsrail İranı vura bilərlər –   Dimitri Solonnikovun yazısı (Eksklüziv)
  12 Oktyabr 2021    Oxunub:4684
ABŞ və İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəklərini bəyan etmələrini nəzərə alsaq, hazırda İran çox çətin vəziyyətdədir. Çünki Tehran bir neçə aydan sonra öz nüvə silahını hazırlaya biləcəyi həddə yaxınlaşıb. Buna nə ABŞ, nə də İsrail yol verə bilməzlər, odur ki, İranın nüvə obyektlərinə hücum getdikcə daha real görünür. Belə bir şəraitdə İran öz əhəmiyyətini artırmağa cəhd etməklə situasiyanı gərginləşdirir və uyğunsuz, qeyri-adekvat gedişlər edir.
Aydın məsələdir ki, İranın ABŞ ilə müharibə aparmağa heç bir imkanı yoxdur. İsraillə döyüşmək də onun üçün problemlidir. Ancaq İran qonşu dövlətlər olan Türkiyə və Azərbaycanı hərbi konfliktə cəlb edə bilər. Belə bir vəziyyətdə İran öz əhəmiyyətini artırmaq mövqeyi tutur, yəni “ərazimizə zərbə endirilsə, biz də lokal müharibəyə başlayıb, regionun bir neçə ölkəsini ona cəlb edəcəyik”.
Xamenei: "BCM həbs yox, edam hökmü çıxarmalı idi"

Bir qədər inandırıcı görünməsə də, ancaq bu gediş regiondakı kövrək sabitliyi qoruyan dünya iqtisadiyyatını dağıda bilər. Həqiqətən təhlükəli mövqedir və hamı üçün təhlükəlidir. Rusiya bu mövqeyi dəstəkləmir.

Bəs niyə İran bu məsələdə Rusiyanın dəstəyinə ümid edib? Çünki bu yaxınlarda ŞƏT-ə (Şanxay Əməkdaşlıq Təşkilatı) tam hüquqlu üzv qəbul edilib və ola bilər ki, bu hadisə Tehranın Moskva ilə daha sıx əlaqələr yaratması ehtimalına müəyyən stimul verib. Bu da onu qeyri-adi, real imkanları aşan qərarlara sövq edib.

Mümkünsüz şeylərə inanan İran çətin vəziyyətə düşüb və qeyri-adi çıxış yolu axtarır. Ancaq İranın təklif etdiyi bu yol Moskvanı açıq-aşkar qane etməyib. ŞƏT-ə qəbuldan sonra maraqlar balansının dəyişəcəyi gözləntisi də özünü doğrultmayıb. Rusiya, şübhəsiz, Qafqaz regionunda sülh və əmin-amanlıqda tam maraqlıdır və İran-İsrail münaqişəsinin bu regiona keçməsi ona qətiyyən sərfəli deyil. Rusiyanın bu mövqeyi İran hökumətinin diqqətinə çatdırılıb. Yəni Rusiya belə bir aksiyaya heç bir dəstək verməyəcək, hətta susaraq da razılıq bildirməyəcək.

Odur ki, görüş necə bitməliydisə, elə də bitib. Ancaq təəssüf ki, İsrailin İrana hücum təhlükəsi qalır və bu səbəbdən regionda hər şeyin sakitləşdiyini demək olmaz. Ümid edək ki, Moskvanın mövqeyi İran rəhbərliyinin qərarlarına müəyyən təsir göstərəcək. Ancaq Ön Asiyada işlər problemlərin sakit diplomatik məcrada həllinə doğru getmir. Partlayış təhlükəsi hələ də qalır.

Dmitri Solonnikov
Müasir Dövlətin İnkişafı İnstitutunun direktoru
Xüsusi olaraq Azvision.az üçün

Tərcümə: Nadir Quliyev


Teqlər: İran   Rusiya  





Xəbər lenti