Paşinyanın qızı rəfiqəsinə vəzifə verdi

Paşinyanın qızı rəfiqəsinə vəzifə verdi
  12 Oktyabr 2021    Oxunub:1134
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan yenidən ölkə mətbuatının gündəminə çevrilib.
Azvision.az xəbər verir ki, yerli media Mariamın yaxınlarını vəzifəyə daşımasını tənqid edib.

"Iravunk"un yazmasına görə, parlamentin spikeri Alen Simonyanın yeni təyinatı Paşinyan ailəsinin əli ilə baş tutub. O, bu ilin oktyabrın 1 -dən etibarən Yeqine Xaçikyanı parlament aparatı rəhbərinin müavini təyin edib. Xaçikyan isə Paşinyanın böyük qızı Mariamın ən yaxın rəfiqələrindən biridir. Müxalifyönlü saytlar artıq Paşinyanın ölkədə ailə hakimiyyəti qurduğunu və dost tanışlarını da vəzifələrə daşımasını tənqid ediblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Parlament  





Xəbər lenti