Ağcabədi sakini özünü yandırmaq istədi

Ağcabədi sakini özünü yandırmaq istədi
  12 Oktyabr 2021    Oxunub:749
Ağcabədi rayon sakini intihara cəhd edib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırıb, özünü də yandırmağa cəhd göstərib.

Lakin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində bu cəhdin qarşısı alınıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti