“Müstəqillik Günü haqqında” qanun layihəsi təsdiqlənib

“Müstəqillik Günü haqqında” qanun layihəsi təsdiqlənib
  12 Oktyabr 2021    Oxunub:645
Azərbaycan Respublikasının Milli Məclisi “Müstəqillik Günü haqqında” qanun layihəsini əsas sənəd kimi qəbul edərək ikinci oxunuşda təsdiqləyib.
Azvision.az xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 12-də keçirilən icrasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulur. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram günü sayılacaq.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti