İrəvanda Rusiya vətəndaşı qətlə yetirilib

İrəvanda Rusiya vətəndaşı qətlə yetirilib
  12 Oktyabr 2021    Oxunub:1199
Ermənistanın paytaxtı İrəvanda Rusiya vətəndaşı qətlə yetirlib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.

Hadisə təxminən 01:30 radələrində "Pobeda" məhəlləsində baş verib. 46 yaşlı Eqiş Q. dostunu ziyarətə gələn Rusiya vətəndaşı Nelsik K.-ya (46 yaşlı) bıçaq zərbələri endirib. Kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb. Ekspertiza təyin edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Ermənistan   Qətl  





Xəbər lenti