Evdə müalicə alan COVID xəstələrinə müavinət ödənilir - DSMF

   Evdə müalicə alan COVID xəstələrinə müavinət ödənilir -    DSMF
  12 Oktyabr 2021    Oxunub:1540
"Koronavirusa yoluxan şəxslər özünütəcrid dövründə əmək qabiliyyətini müvəqqəti itirdiklərinə görə onlara müavinət ödənilir”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.

O bildirib ki, ilk 14 gün müavinət siğorta tərəfindən, müalicə 14 gündən çox olduqda isə yerdə qalan vəsait dövlət sosial siğortası hesabına ödənilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti