General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


