Qırğızıstan prezidenti hökuməti istefaya göndərib
Qeyd olunub ki, nazirlər yeni hökumət formalaşanadək öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Qırğızıstan lideri Prezident Adminstrasiyasının rəhbəri və baş nazir postuna Akılbek Japarovun namizədliyini irəli sürüb və bu, parlamentə təqdim olunub.
Xatırladaq ki, yeni qanuna əsasən Prezident Administrasiyasının rəhbəri həm də Nazirlər Kabinetinə rəhbərlik edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Qırğızıstan Hökumət İstefa