Rusiya ən böyük sursat alıcısını itirə bilər
- Demək olar ki, Rusiyanın bütün patron istehsalçıları ixracdan gələn gəlirlər sayəsində ayaqda dururdular. ABŞ isə dünyanın ən böyük sursat bazarına sahibdir. Burada fərdi şəkildə silah gəzdirmək geniş yayılıb, xeyli atıcılıq klubları var və atıcılıq mədəniyyəti də inkişaf edir -,məsələni şərh edən ekspertlərdən biri deyib.
Analitiklərin fikrincə, Rusiyanın əsas patron alıcısı ABŞ sayılır. Hər il Amerika bazarına 100 milyon dollarlıq döyüş sursatı çatdırılır. Qeyd olunur ki, 2020 -ci ildə Rusiya ABŞ-a təxminən 765 milyon patron göndərilib. Həmçinin sanksiyalar altına düşən şirkətlər arasında tütün, spirt və partlayıcı maddələr istehsalçıları da var.
Tural Tağıyev
Azvision.az