Ermənistanda hərbi hissənin ərazisi satılıb

 Ermənistanda hərbi hissənin ərazisi satılıb
  12 Oktyabr 2021    Oxunub:986
Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi Stepanavan rayonu Surb Nşan küçəsində yerləşən hərbi hissənin ərazisini qanunsuz olaraq satıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilir ki, şübhəli, 2008-ci ilin mart ayında, vəzifə mövqeyindən istifadə edərək hərbi hissənin 6 hektardan çox ərazisini 58 milyon drama (təxminən 126 min dollar) satıb. Aprel ayında torpaq mülkiyyəti barədə vətəndaşlara sənəd verilib.

Faktla bağlı Ermənistanın İstintaq Komitəsində cinayət işi açılıb.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Hərbi-hissə  





Xəbər lenti