"İşğal sözünü deyə bilmirik"- Erməni qaçqın

"İşğal sözünü deyə bilmirik"-  Erməni qaçqın
  12 Oktyabr 2021    Oxunub:1466
Bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Azvision.azxəbər verir ki, hökumət binası qarşısına toplaşan Qarabağdan olan "qaçqınlar" maddi sıxıntılarının olmasından, Hadrut və digər ərazilərə qayıda bilməmələrindən gileyləniblər.
Etirazçılardan biri hakimiyyətin Azərbaycan torpaqlarından əlini üzməsinə işarə vuraraq deyib ki, artıq rəhbər şəxslər Şuşanın adını dillərinə gətirmirlər.

- Nə vaxtsa səlahiyyətlilərin dilindən işğal sözünü eşitmədim. Hadrut və Şuşanın işğal edilməsi barədə kəlmə belə eşitmirəm. Sanki elə belə də olmalı idi. Mən heyrət içindəyəm artıq. - bir vaxtlar Hadrutda məskunlaşdırılmış və hazırda İrəvanda kirayə mənzildə yaşayan erməni jurnalistlərə deyib.

Digər etirazçı isə deyib ki, keçən dəfə aksiya keçirərkən məmurlar sosial problemləri həll etməyi və müvəqqəti yardım göstərməyi planlaşdırdıqlarını söyləyiblər. Adambaşına ayda 25 min dram ayrılmasına qərar verilib. Amma o pulla kommunal xidmətlərin ödənməsi, kirayə haqqı, qida problemlərini həlli real deyil.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı "qaçqın" düşən ermənilər dəfələrlə etiraz aksiyası keçiriblər. Onlar 30 il ərzində Azərbaycan torpaqlarında məskunlaşdırıldıqları üçün hökumət hazırda bu şəxslərə hansı pasportu verəcəyini bilmir.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti