Suriya Ermənistanla dostluğu dərinləşdirir

Suriya Ermənistanla dostluğu dərinləşdirir
  12 Oktyabr 2021    Oxunub:925
Yaxın vaxtlarda Ermənistan-Suriya parlament dostluq qrupu yaradılacaq. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Suriya səfiri Məhəmməd Hacca İbrahimlə görüşündə deyib.
Simonyan qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək üçün parlamentlərarası əlaqələrin də inkişaf etdirilməsini vacib sayıb. Ermənistan parlamentinin sədri dostluq qrupunun ikitərəfli münasibətlərin dərinləşməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

- Səfir öz növbəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib. O, Suriyadakı erməni icmasının roluna da toxunub. Diplomat, ermənilərin Suriya cəmiyyətinin tərkib hissəsi olduğunu, ölkənin ictimai və siyasi həyatında mühüm rol oynadığını vurğulayıb-yerli media yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Səfir   Suriya  





Xəbər lenti