Ermənistanda saxta vaksin qalmaqalı

Ermənistanda saxta vaksin qalmaqalı
  12 Oktyabr 2021    Oxunub:797
Ermənistanda vaksinasiya ilə bağlı saxta sənəd verən tibb işçiləri saxlanılıb. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti koronavirusa qarşı saxta peyvənd sertifikatı vermək faktı ilə bağlı 6 cinayət işi açıb. Nəticədə üç tibb işçisi saxlanılaraq dindirilir. Onlardan biri artıq həbs edilib.

Qeyd edək ki, bundan öncə baş nazir Nikol Paşinyan çıxışı zamanı səlahiyyətli şəxslərin vaksinasiya prosesində məsuliyyət daşıdığını bəyan etmişdi. Baş nazirin məlum çıxışından sonra MTX və polis xəstəxanalarda araşdırmalara başlayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Vaksin  





Xəbər lenti