- Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar apararaq birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik,- deyən Rusiya Prezidenti iki ölkə arasında əməkdaşlığa dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da qeyd edib.
Paşinyan isə hələlik regionda vəziyyətin tam sabitləşmədiyini söyləyib. Onun fikrincə bölgədə təhlükəsizliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya açar rolunu oynayır.
Tural Tağıyev
Azvision.az