"SpaceX" mini-peyk buraxır

"SpaceX" mini-peyk buraxır
  12 Oktyabr 2021    Oxunub:1962
İlon Maskın "SpaceX" şirkəti 2023 -cü ilin birinci rübündə yer ətrafına xüsusi kiçik bir peyki buraxmaq üçün Amerikanın "Varda Space" startapı ilə müqavilə imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.

Bildirilir ki, hələlik hər iki tərəf müqavilənin şərtlərini açıqlamamaq qərarına gəlib.

"Varda Space"in mini peyki Maskın "Falcon 9" raket daşıyıcısı ilə orbitə çıxarılacaq bir neçə kosmik aparatdan biri olacaq.
Peyk isə kosmosda müəyyən texnologiyaları sınaqdan keçirmək üçün orbitdə üç aya qədər vaxt keçirəcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: İlon-Mask  





Xəbər lenti