Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı

  13 Oktyabr 2021    Oxunub :245
Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı
Şamaxı rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportu satılması ilə bağlı cinayət işi başlanıb.
Şamaxı Rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, xəstəxanada qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda “COVİD-19”əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Azvision.az

Teqlər: Şamaxı  







Xəbər lenti